İraqın cənubundakı neft yatağı Rusiya tərəfindən işlənəcək

İraqın cənubundakı neft yatağı Rusiya tərəfindən işlənəcək

Bakı. TurkicWorld:

Rusiyanın "Qazprom Neft" enerji şirkəti İraqın cənubundakı neft yatağının işlənməsini həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə qərar İraq Nazirlər Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, İraqın baş nazirinin müavini və neft naziri Hayyan Əbdülqəni 2023-cü il oktyabrın 13-də Rusiyada “Qazprom Neft” rəsmiləri ilə görüşüb və İraqda neft və enerji sənayesinin inkişafını müzakirə edib.

Rusiyanın “Lukoyl” və “Qazprom Neft” enerji şirkətləri Şimali İraqın enerji bazarına 2012-ci ildə daxil olub. Rusiyanın İraqdakı fəaliyyəti 2014-cü ildən etibarən sürətlənib.

“Qazprom Neft” Vasit vilayətindəki Bedre neft yatağında da işlər aparır.

X: Lamanasadli01