Norveç UNRWA-ya 26 milyon dollar yardım edib

Norveç UNRWA-ya 26 milyon dollar yardım edib

Bakı. TurkicWorld:

Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 26 milyon dollar yardım edib.

TurkicWorld xəbər verir ki, bu barədə Norveç xarici işlər naziri Espen Bart Eide öz rəsmi X sosial şəbəkə hesabında açıqlayıb.

"UNRWA Qəzzada humanitar səylərin əsasını təşkil edir. Təşkilatın xidmətləri ehtiyacı olan milyonlarla insan üçün vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

X: Lamanasadli01