İraqın paytaxtı Bağdadda partlayış baş verib

İraqın paytaxtı Bağdadda partlayış baş verib

Bakı. TurkicWorld:

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

TurkicWorld-un məlumatına görə, İraqın paytaxtı Bağdadda şiə milis qüvvələrinin komandirlərindən olan Əbu Baqir əs-Səadi Həşd əş-Şaabi hava hücumu nəticəsində öldürülüb.

Bağdadın şərqində şiələrin məskunlaşdığı Meştel bölgəsinə hava hücumu ilə Həşdi Şabi komandiri Sədinin idarə etdiyi avtomobil hədəf alınıb.

Hücum zamanı avtomobildə olan Sədinin öldüyü qeyd edilib.

Bölgəyə İraq təhlükəsizlik qüvvələri yanğınsöndürən maşınlar cəlb edilib.

İraq hökuməti hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Hafiz Rufizoğlu