İraq təhlükəsizliyinin pozulmasına icazə verməyəcək – İraqın BMT nümayəndəsi

İraq təhlükəsizliyinin pozulmasına icazə verməyəcək – İraqın BMT nümayəndəsi

Bakı. TurkicWorld:

İraq heç bir tərəfə onun təhlükəsizliyini pozmağa icazə verməyəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə İraqın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Abbas Kadhim Obaid Təhlükəsizlik Şurasındakı çıxışında deyib.

O, ölkənin suverenliyini pozan hücumları rədd etdiyini bəyan edib.

“Yanvarın ortaları və fevralın əvvəllərində İraqda iki hücum baş verib. Birincisi, İranın Ərbildə bir neçə bölgəni hədəfə aldığı zərbə idi. İkincisi, İraq-Suriya sərhədindəki Qovaq Səfərbərlik Qüvvələrinin (PMQ) qərargahını hədəf alan Amerika hücumu idi.” - deyə müvəqqəti işlər vəkili qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyasının (UNAMI) xüsusi nümayəndəsi Jeanine Antoinette Hennis-Plasschaert bildirib ki, bütün səylər İraqın daha böyük bir münaqişədə hər hansı şəkildə iştirakının qarşısının alınmasına yönəldilməlidir.

Xatırladaq ki, ötən günlərdə ABŞ Silahlı Qüvvələri İraq və Suriyada hava əməliyyatları keçirib.

Hücumlar nəticəsində 40-a yaxın adam həlak olub.

Bunun üzərinə İraq üç günlük yas elan edib.

Hafiz Rufizoğlu