İraq İordaniyaya neft tədarükünü dayandırmaq istəyir

İraq İordaniyaya neft tədarükünü dayandırmaq istəyir

Bakı. TurkicWorld:

İraq İordaniyaya neft tədarükünü dayandırmaq istəyir.

TurkicWorld-un məlumatına görə, bu barədə İraq parlamentinin deputatı Mustafa Cabbar Sənad deyib.

İordaniya təyyarəsinin İraqın Amerika təyyarələri tərəfindən bombalanmasında iştirakına cavab olaraq, İraq parlamentinin deputatı Mustafa Cabbar Sənad İraq Neft Nazirliyinə İordaniyaya subsidiyalaşdırılmış neft satışını dayandırmağa məcbur edən parlament qətnaməsini qəbul etmək üçün İraq nümayəndələrinin imzalarını toplayır.

Məlumat üçün qeyd edək ki, İordaniya tərəfi hücumlarda iştirakını inkar edir.

Qeyd edək ki, ötən günlərdə ABŞ Silahlı Qüvvələri İraq və Suriyada hava əməliyyatları keçirib.

Hücumlar nəticəsində 40-a yaxın adam həlak olub.

Hafiz Rufizoğlu