İraq ərazisi müharibə edən ölkələr üçün döyüş meydanı deyil – İraq XİN

İraq ərazisi müharibə edən ölkələr üçün döyüş meydanı deyil – İraq XİN

Bakı. TurkicWorld:

İraq ərazisi müharibə edən ölkələr üçün döyüş meydanı deyil.

TurkicWorld-un məlumatına görə, bu barədə İraq xarici işlər naziri Fuad Hüseynni deyib.

“Biz torpaqlarımızın müharibə edən ölkələr arasında hesablaşma meydanı və ya mesaj göndərmək və güc nümayiş etdirmək üçün nəzərdə tutulmuş yer olması fikrini rədd edirik.” - deyə Hüseynni bildirib.

O qeyd edib ki, Amerikanın hərbi mövcudluğu ilə bağlı razılığa gəlmək üçün Birləşmiş Hərbi Komitənin danışıqlar masasına qayıtmaq lazımdır.

Xatırladaq ki, ötən günlərdə ABŞ Silahlı Qüvvələri İraq və Suriyada hava əməliyyatları keçirib.

Hücumlar nəticəsində 40-a yaxın adam həlak olub.

Bunun üzərinə İraq üç günlük yas elan edib.

Hafiz Rufizoğlu