Baydendən fələstinlilərlə bağlı yeni qərar verib

Baydendən fələstinlilərlə bağlı yeni qərar verib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq edən yəhudi məskunlaşanlara qarşı sanksiya tətbiq edən fərman imzalayıb.

"Ekstremist israilli məskunlaşımçılar tərəfindən zorakılıq dözülməz həddə çatıb.İordan çayının qərb sahilində məskunlaşanların zorakılığı İsrailin təhlükəsizliyinə xələl gətirir və ABŞ-ın milli təhlükəsizliyini təhdid edərək regional sabitliyi poza bilər"- deyə Bayden bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.