Bakı. TurkicWorld:
Soyqırım Konvensiyasını pozduğu iddiası ilə İsrailin mühakimə olunması qərarı və bu ölkəyə qarşı müvəqqəti qadağa çox mühüm irəliləyişdir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"26 mindən çox günahsız fələstinlinin ölümünə səbəb olanların çox ağır şəkildə cəzalandırılacağına inanıram. Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın müraciəti əsasında hərəkətə keçməsini alqışlayıram. İsrail və Fələstin arasında dərhal atəşkəs elan edilməlidir. 1967-ci il sərhədləri çərçivəsində suveren Fələstin dövlətinin yaradılması təkcə Yaxın Şərq deyil, bütün dünya ölkələri üçün faydalı olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi təlıb edib.