İranın Pakistan ərazisinə endirdiyi zərbələr ölkənin hava məkanının pozulmasıdır - Pakistan XİN

İranın Pakistan ərazisinə endirdiyi zərbələr ölkənin hava məkanının pozulmasıdır - Pakistan XİN

Bakı. TurkicWorld:

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə endirdiyi zərbələr ölkənin hava məkanının pozulmasıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Xarici İşlər Nazirliyi bunun ciddi nəticələrə səbəb ola biləcəyini qeyd edib.

"Pakistan öz hava məkanının İran tərəfindən səbəbsiz şəkildə pozmasını və Pakistan ərazisinə iki günahsız uşağın ölümü və üç qızın yaralanması ilə nəticələnən zərbəni qətiyyətlə pisləyir. Pakistanın suverenliyinin bu cür pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər", - nazirlik qeyd edib.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib.