Ermənistan-İran avtomobil yolu sel səbəbindən bağlanıb

Ermənistan-İran avtomobil yolu sel səbəbindən bağlanıb

Bakı. TurkicWorld:

Ermənistan və İranı birləşdirən "M2" beynəlxalq avtomobil yolunun 234-cü kilometrliyində sel keçib və torpaq sürşməsi baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Ermənistan Yol Departamentindən bildiriblər.

Bildirilib ki, bunun nəticəsində Ltsen-Tatev yolunun bir hissəsi bağlanıb.

Qeyd olunub ki, hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.