İran Pakistan ərazisinə raket zərbəsi endirib

İran Pakistan ərazisinə raket zərbəsi endirib

Bakı. TurkicWorld:

İran Pakistan ərazisinə raket zərbəsi endirib.

TurkicWorld-un məlumatına görə, bu barədə İran dövlət mediası bildirib.

İran iddia edir ki, Pakistanda Bəluçi silahlı qruplaşmasının bazalarına hücum edib.

İddiaya görə, silahlı qrup bundan əvvəl Pakistanla sərhəd bölgədə İran təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edib.

"Bu bazalar raketlər və pilotsuz təyyarələr tərəfindən vurularaq məhv edilib" - deyə İran dövlət mediasının açıqlamasında bildirilib.

Hafiz Rufizoğlu