Rusiya prezidenti Vladimir Putinin seçki proqramı vaxtında dərc olunacaq - Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putinin seçki proqramı vaxtında dərc olunacaq - Dmitri Peskov

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putinin seçki proqramı vaxtında dərc olunacaq.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü seçki proqramının tezliklə hazır olub-olmayacağı və bunun vahid sənəd olub-olmayacağı sualını belə cavablayıb: "O, qanunla müəyyən edilmiş müddət ərzində dərc edilməlidir. Bu, Putinin seçki qərargahının mövzusudur".

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-17-də keçiriləcək.