İranda baş verən partlayışı İŞİD öz üzərinə götürüb

İranda baş verən partlayışı İŞİD öz üzərinə götürüb

Bakı. TurkicWorld:

İranın Kirman vilayətində baş verən partlayışı İŞİD öz üzərinə götürüb.

TurkicWorld xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xatırladaq ki, yanvar ayının 3-də İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.

Süleymaninin məzarı yaxınlığında baş verən partlayışlarda indiyədək azı 103 nəfərin öldüyü, 141 nəfərin yaralandığı təsdiqlənib.

İranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ-nin hücumu nəticəsində İraqda ödürülüb.

Hafiz Rufizoğlu