Bakı. TurkicWorld:
ABŞ silahlı qüvvələrinə aid Osprey tipi konvertorplanı Yaponiyanın Yakuşima adaları yaxınlığında qəzaya uğrayıb.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən məlumat verir.
Ehtimal olunub ki, konvertorplanda səkkiz nəfərlik ekipaj var. Konvertorplanın dənizə düşdüyü qeyd olunub.
Qəza bölgəsinə patrul katerləri və təyyarələr göndərilib. Yaponiyanın Müdafiə Nazirliyinin insidentlə əlaqədar olaraq ABŞ tərəfi ilə təmasda olduğu deyilir.
Hadisənin təfərrüatları haqqında hələ ki, dəqiq məlumat verilməyib.