Polşa prezidenti yeni baş naziri təyin edib

Polşa prezidenti yeni baş naziri təyin edib

Bakı. TurkicWorld:

Polşa prezidenti Anjey Duda Mateuş Moravetskini baş nazir təyin edib və yeni hökuməti formalaşdırmaq hüququnu ona həvalə edib.

TurkicWorld-un məluamatına görə, bu barədə Polşanın "Gazeta Wyborcza" qəzeti xəbər verib.

Məlumatına əsasən, M.Moravetski 2017-ci ildən Nazirlər Kabinetinə rəhbərlik edib.

Bildirilib ki, A.Duda Nazirlər Kabinetinin uğurlu formalaşdırılmasına ümid etdiyini bildirib. Polşa prezidenti vurğulayıb ki, Moravetski onu əmin etdi ki, o, hakim koalisiya yaratmağa qadirdir.

Qəzet yazıb ki, ona görə də prezident bunu indiki baş nazirə həvalə edib.