Polşanın sabiq baş naziri islamofob açıqlama verib

Polşanın sabiq baş naziri islamofob açıqlama verib

Bakı. TurkicWorld:

Polşa mədəniyyətinin müsəlman miqrantlar tərəfindən məhv olmasını istəmirəm.

TurkicWorld xəbər verir ki, bunu Polşanın sabiq baş naziri Mateus Moravieski deyib.

“Biz Ukraynadan olan qaçqınların üzünə ürəyimizi və qapılarımızı açmışıq, lakin onlar çoxsaylı qaçqınlardan çox fərqlidirlər. Ukraynalı qaçqınlar Almaniya və Fransaya gələn müsəlman miqrantlardan fərqlənir. Mən Fransa mədəniyyətinə, İspan mədəniyyətinə, Britaniya mədəniyyətinə heyranam, eyni zamanda Polşa mədəniyyətimə də heyranam və onu qorumaq, inkişaf etdirmək istəyirəm.”-deyə o bildirib.

Baş Nazir qeyd edib ki, Polşa mədəniyyəti müsəlman miqrantlar tərəfindən məhv edilməməlidir.

Hafiz Rufizoğlu