Polşada ABŞ-nin nüvə silahı yerləşdirilə bilər

Polşada ABŞ-nin nüvə silahı yerləşdirilə bilər

Bakı. TurkicWorld:

Polşada NATO-nun "Nuclear Sharing" proqramı çərçivəsində ABŞ-nin nüvə silahı yerləşdirilə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda "Fakt" qəzetinə müsahibəsində deyib.

O, bu barədə ABŞ-dən olan tərəfdaşlarla dəfələrlə danışdığını və ölkənin nüvə silahlarının Polşada yerləşdirilməsinə etiraz etmədiyini bildirib.

"Məndən bu barədə soruşanda buna hazır olduğumuzu bildirdim", - deyə Polşa prezidenti əlavə edib.