Polşa hərbçilərini Ukraynaya göndərməyəcəyini bildirib

Polşa hərbçilərini Ukraynaya göndərməyəcəyini bildirib

Bakı. TurkicWorld:

Polşa öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil.

TurkicWorld-un məlumatına görə, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib.

Buna baxmayaraq, Kosiniak-Kamış Varşavanın Kiyevi dəstəkləməyə davam etmək niyyətini xatırladıb. "Biz kömək edəcəyik, dəstəkləyəcəyik. Silahları təhvil verəcəyik. Bu, əslində çox şeydir. Biz Polşanın təhlükəsizliyinə xidmət edən bütün təşəbbüsləri dəstəkləyəcəyik", - o qeyd edib.

Fevralın 26-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin Rusiya ilə münaqişədə Kiyevə gələcək dəstəyi müzakirə etdiyi görüşdə quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu müzakirə olunub. Lakin iştirakçılar bu məsələdə konsensusa gələ bilməyiblər. Makron qeyd edib ki, buna baxmayaraq, gələcəkdə belə bir ssenarini istisna etmək olmaz.