Gürcüstan Polşadan zenit-raket kompleksləri alacaq

Gürcüstan Polşadan zenit-raket kompleksləri alacaq

Bakı. TurkicWorld:

Gürcüstan Polşadan zenit-raket kompleksləri alacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Müdafiə Nazirliyi Polşanın “MESKO SA” şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb.

"Tərəflər NATO standartlarına uyğun silahların Gürcüstan üçün tətbiqinin vacibliyini də müzakirə ediblər ki, bu da ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək", - məlumatda qeyd edilib.