Son dəqiqə

Ermənistan Almaniya Annalena Berbok

Almaniyanın XİN rəhbəri İrəvanda səfərdədir

Bakı. TurkicWorld:

Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdədir.

TurkicWorld erməni mediasına istinadən xəbər verir ki, Berboku hava limanında Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan qarşılayıb.

Məlumata görə, Almaniyanın xarici işlər naziri erməni həmkarı Ararat Mirzoyanla və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Qeyd edək ki, 4 noyabr 2023-cü il tarixində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilk dəfə Bakıya səfər edəcək və burada həmkarı, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Məlumata görə, Almaniya regionda davamlı sülhün və Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpa olunmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycanla Almaniya arasında müqavilə-hüquqi bazası kifayət qədər genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi nəzərdən keçirilməkdədir.

Mövzuya görə xəbərlər