Polşada parlament seçkiləri keçiriləcək

Polşada parlament seçkiləri keçiriləcək

Bakı. TurkicWorld:

Polşada bu gün parlament seçkiləri keçiriləcək.

TurkicWorld-un məlumatına görə, seçkilərin nəticəsi ölkə parlamentinin tərkibini və bununla da, növbəti dörd il üçün hökumətin tərkibini müəyyən edəcək.

Seçkilər Polşa Milli Assambleyasının 560 üzvünü müəyyənləşdirəcək (Seymin 460 deputatı və Senatın 100 üzvü).

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 7:00-dan 21:00-dək açıq olacaq.