Serbiya parlament seçkilərini keçirməyə hazırdır - Aleksandr Vuçiç

Serbiya parlament seçkilərini keçirməyə hazırdır - Aleksandr Vuçiç

Bakı. TurkicWorld:

Serbiya prezidenti Aleksandr Vuçiç dekabrın 17-də növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olduğunu təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə "EFE" xəbər agentliyi bildirib.

"Müxalifət seçkilərin keçirilməsini tələb edirdi, onu da alacaqlar. Hazırlansın, 79 günü qalıb. Seçkilər Belqradda (bələdiyyə seçkiləri) və bütün Serbiyada keçiriləcək", - deyə o bildirib.

Bundan əvvəl sentyabr ayında Serbiyanın beş müxalifət partiyası A.Vuçiçə seçkilərdə qalib gəlmək üçün ümumi strategiyanın hazırlanması haqqında saziş imzalamışdı.