Bakı. TurkicWorld:
Niger hərbi hökuməti Fransa təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Afrika və Madaqaskarda Hava Naviqasiya Təhlükəsizliyi Agentliyinin (ASECNA) internet saytında paylaşım edilib.
Açıqlamada, Niger hava sahəsinin Air France donanması və Fransanın icarəyə götürdüyü təyyarələr üçün bağlandığı bildirilib.
Qeyd edək ki, Afrikanı Avropa ilə birləşdirən ən əhəmiyyətli hava yolu şirkətlərindən biri olan Air France, həftənin 4 günü Nigerin paytaxtı Niameyə uçuşlar həyata keçirirdi.
Hafiz Rufizoğlu