Son dəqiqə

BMT Taxıl Dəhlizi Sazişi

BMT Taxıl Dəhlizi çərçivəsində əldə ediləcək yeni razılaşmanın davamlı olmasını tələb edib

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı Qara dəniz Taxıl Dəhlizi Sazişi çərçivəsində əldə ediləcək yeni razılaşmanın davamlı olmasını tələb edib.

TurkicWorld xəbər verir ki, bu barədə BMT Cenevrə ofisinin sözçüsü Alessandra Vellucci həftəlik mətbuat konfransında bildirib.

"Əldə ediləcək yeni razılaşma davamlı olmalıdır. Fəaliyyəti bir müddət sonra dayandırılacaq təşəbbüs istəmirik”, - deyə konfransda vurğulanıb.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər