Belaruslu nazir vəfat etdi

Belaruslu nazir vəfat etdi

Bakı. TurkicWorld:

Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında vəfat edib.

TurkicWorld xəbər verir ki, nazirin ölümünün səbəbi açıqlanmayıb.

Məlumatda bildirilir ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib. 2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.

Onu da qeyd edək ki, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. Aleksey Avramenkodan öncə 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi.