Belarus XİN rəhbəri Türkiyəyə rəsmi səfər edəcək

Belarus XİN rəhbəri Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Belarus xarici işlər naziri Sergey Aleynikin Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Qeyd olunub ki, Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynikin 7-8 noyabr tarixlərində Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Görüş zamanı regional inkişaflar və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.

Səfər çərçivəsində Sergey Aleynikin də Türkiyə-Belarus Qarışıq İqtisadi Komissiyasının 11-ci Dövr Toplantısında iştirakı planlaşdırılır.

Hafiz Rufizoğlu