Özbəkistan və Belarus liderləri ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə ediblər

Özbəkistan və Belarus liderləri ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə ediblər

Bakı. TurkicWorld:

Oktyabrın 13-də MDB-nin Bişkekdə keçirilən sammitində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin cari məsələləri müzakirə edilib. Liderlər məmnunluqla qeyd ediblər ki, Özbəkistan və Belarus arasında çoxşaxəli münasibətlər sürətlə inkişaf edir. Qarşılıqlı ticarətin göstəriciləri artır, iqtisadiyyatın müxtəlif sahələrində kooperasiya layihələrinin icrası davam edir. Mədəniyyət, kinematoqrafiya və idman sahələrində mütəmadi olaraq birgə tədbirlər keçirilir.

Dövlət başçıları ticarət-iqtisadi və humanitar əməkdaşlığın daha da genişləndirilməsi üçün razılaşdırılmış tədbirlərin, o cümlədən Hökumətlərarası Komissiyanın növbəti iclasının, Regionlar Forumunun, Özbəkistan və Belarusun aparıcı ali təhsil müəssisələri rektorlarının görüşünün keçirilməsinin vacibliyini qeyd ediblər.

MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Gələcək fəaliyyət planı da müzakirə olunub.