Rusiyanın neft hasilatının azalması qiymətlərə təsirsiz ötüşmədi

Rusiyanın neft hasilatının azalması qiymətlərə təsirsiz ötüşmədi

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatının azalması ilə bağlı bazar ertəsi xəbərindən sonra çərşənbə axşamı səhər neft qiymətlərində yüksəlmə müşahidə edilir.

TurkicWorld xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,54% artaraq 75,05 dollar, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,56% artaraq 70,18 dollar olub.

Bazar ertəsi Səudiyyə Ərəbistanı iyul ayında başlayan könüllü 1 milyon barel gündəlik hasilatın azaldılmasını avqust ayına qədər uzadacağını açıqladı.

Xəbərin yayılmasından sonra neft qiymətlərinin artımı hazırda 1,5%-ə çatsa da, axşam saatlarında 0,1%-ə qədər azalıb.