Bakı. TurkicWorld:
Panteon – "Bütün tanrıların məbədi" deməkdir.
Panteon b.e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılıb.
Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik günbəzlə örtülüb. Məbəd klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak edib.
Bu bütpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunub və yaxşı vəziyyətdə saxlanılıb. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.
Panteonda İtaliyanın bir çox məşhur adamları: Rafael, kral Viktor II Emmanuel və I Umberto dəfn edilib. Damında olan yarıq Panteonun özəl xüsusiyyətlərindəndir.