Ermənistan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub - Muxtar Babayev

Ermənistan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub - Muxtar Babayev

Ermənistan dövləti ekoloji terror nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ekologiyaya ciddi zərbə vurub.

Turkic.World-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Karabakh.Center” internet resursunun təqdimat mərasimi zamanı deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə təbii sərvətlərin talan edilməsi ekoloji balansın pozulmasına gətirib çıxarıb:

“Qarşımızda işğaldan azad edilmiş ərazilərimizdə təbiətin bərpa edilməsi kimi böyük məsuliyyət durur”.