Rəcəb Tayyib Ərdoğan və Qurbanqulu Berdiməhəmmədov ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər

Rəcəb Tayyib Ərdoğan və Qurbanqulu Berdiməhəmmədov ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

Turkic.World-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Bildirilir ki, dövlət başçıları ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və regional məsələləri müzakirə ediblər.

Eyni zamanda T.Ərdoğan Türkmənistanlı həmkarını ad günü münasibətilə təbrik edib.