31 mart tarixində dünyada nələr baş verib?

31 mart tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

31 mart tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

31/03/1774 - Amerika Müstəqillik Müharibəsi: Böyük Britaniya hökuməti Boston limanını bağlayıb.

31/03/1861 - Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu anadan olub.

31/03/1866 - İspaniya Hərbi Dəniz Qüvvələri Çilinin Valparaiso limanını bombalayıb.

31/03/1889 - 1789-cu il Fransız İnqilabının 100-cü ildönümü üçün Parisdə Qustav Eyfel tərəfindən inşa edilən Eyfel qülləsinin açılışı olub.

31/03/1901 - Avstriya-Macarıstan İmperiyasının baş konsulu Emile Jelinek tərəfindən Daimler-ə sifariş edilən dörd silindrli avtomobil sahibinə təhvil verilib. Jelinek yeni avtomobilinə qızının adını “Mercedes” qoyub.

31/03/1909 - RMS Titanic-in tikintisi başlayıb.

31/03/1918 - Yay vaxtı ilk dəfə ABŞ-da tətbiq edilib.

31/03/1918 - Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.

31/03/2015 - Türkiyədə elektrik sistemi çöküb. 79 əyalətdə 10 saata qədər fasilələr olub.