28 mart tarixində dünyada nələr baş verib?

28 mart tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

28 mart tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

28/03/193 - Roma imperatoru Pertinax vəfat edib.

28/03/1930 - Türk karikaturaçı, rəssam Mustafa Eremektar anadan olub.

28/03/1933 - Hitler yəhudiləri və yəhudilərə məxsus mağazaları boykot etməyi əmr edib.

28/03/1939 - Madrid general Fransisko Frankonun qüvvələri tərəfindən tutulub. İspaniyada vətəndaş müharibəsi başa çatıb.

28/03/1947 - Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası yaradılıb.

28/03/1961 - Türkiyədə Konstitusiyanın referenduma çıxarılması ilə bağlı qanun qəbul edilib.

28/03/1969 - Xəlifə Əbdülməcid Əfəndinin oğlu və bir müddət Fənərbaxçanın başqanı olmuş Ömər Faruk Əfəndi vəfat edib.

28/03/1986 - Amerikalı bəstəkar, müğənni və musiqiçi Lady Gaga anadan olub.

28/03/1992 - Azərbaycan və Suriya arasında diplomatik əlaqələr qurulub.

28/03/2004 - Türkiyədə Yerli seçkilər keçirilib. Ədalət və İnkişaf Partiyası 41,67 faiz səslə birinci partiya olub. Cümhuriyyət Xalq Partiyası 18,23 faiz, Milliyyətçi Hərəkat Partiyası isə 10,45 faiz səs toplayıb.

28/03/2015 - İdlib Müharibəsi başa çatıb.