19 mart tarixində dünyada nələr baş verib?

19 mart tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

19 mart tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər

19/03/1194 - Böyük Səlcuq imperiyasının sultanı III Toğrul vəfat edib.

19/03/1206 - Çingiz xanın nəvəsi Güyük xan anadan olub.

19/03/1534 - Osmanlı dövlətinin ilk Validə Sultanı Aişə Həfsə Sultan vəfat edib.

19/03/1866 - Osmanlı dövləti Süveyş kanalının açılmasına icazə verib.

19/03/1883 - Amerikalı ayaqqabı ustası Jan Ernst Matzeliger bir anda bir ayaqqabı istehsal edə bilən ilk maşını icad edərək ayaqqabı sənayesində inqilab edib.

19/03/1899 - Avtomobil yağı istehsal edən Castrol şirkəti yaradılıb.

19/03/1915 - Günəş sisteminin planetlərindən biri olan Plutonun ilk fotosu çəkilib.

19/03/1945 - İkinci Dünya müharibəsi zamanı Adolf Hitler Almaniyadakı bütün sənaye sahələri, hərbi qurğular, mağazalar, nəqliyyat vasitələri və rabitə vasitələrinin məhv edilməsini əmr edən "Nero Fərmanı" verib.

19/03/1955 - Macarıstanın ilk prezidenti Mixaly Karolyi vəfat edib.

19/03/1994 - Bakı metropolitenində terror aktı baş verib.

19/03/2006 - Azərbaycan Milli Müqavimət Təşkilatı yaradılıb.