ABŞ Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır - Dövlət Departamenti

ABŞ Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır - Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

"Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının (Aİ) regionda inamın möhkəmlənməsi və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli şəraitin təmin edilməsi üzrə səylərini təqdir edirik. Biz istər birbaşa tərəfdaşlarımızla, istərsə də regiondakı tərəfdaşlarla sıx əməkdaşlığa davam edirik", - o deyib.

Patelin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu məsələyə xüsusi diqqət yetirir.

"Xüsusən Rusiyanın roluna gəlincə qeyd edək ki, 20 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasındakı atəşkəs məsələsində ABŞ iştirak etməmişdi və bu da rus sülhməramlılarının yerləşdirilməsi ilə nəticələndi. Buna görə də bununla bağlı əlavə heç nə təklif etmədim", - o əlavə edib.

2022-ci il oktyabrın 17-də Aİ-nin Xarici İşlər Nazirləri Şurası öz iclasında Cənubi Qafqazda vəziyyətin monitorinqi, təhlili və hesabat verilməsi üçün 40-a yaxın müşahidəçisini Ermənistanın Azərbaycanla sərhəddinə göndərməyə qərar verdi. Aİ-nin Ermənistandakı monitorinq potensialı (EUMCAP) öz fəaliyyətini Praqada razılaşdırıldığı kimi, 2022-ci il dekabrın 19-da bitirdi.

Aİ yanvarın 23-ü Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanın Azərbaycanla sərhədində mülki missiya (EUMA) yaradılması barədə qərar qəbul etdi. Missiyanın ilkin mandatının iki il davam edəcəyi nəzərdə tutulub, operativ qərargahı isə Ermənistanda yerləşəcək.