24 yanvar tarxində dünyada nələr baş verib?

24 yanvar tarxində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

24 yanvar tarxində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

24/01/0041 – Kaliqula kimi tanınan və qəddarlığı, despotizmi və çılğınlığı ilə məşhur olan Roma imperatoru Qay Yuli Sezar öz mühafizəçiləri tərəfindən öldürüldü.

24/01/0076 – "Dünyanın Beş Yaxşı İmperator"un üçüncüsü hesab edilən Roma İmperatoru Hadrian bu gün anadan olub.

24/01/0661 – Əli bin Əbu Talib, 656-661-ci illərdə İslam Dövlətinin dördüncü İslam xəlifəsi bu gün vəfat edib.

24/01/1679 – İngiltərə Kralı II. Çarlz parlamenti buraxdı.

24/01/1679 – Kristian Volf, alman filosofu bu gün anadan olub.

24/01/1705 – Farinelli, İtalyan kontralto, soprano və kastrato sənətçisi bu gün anadan olub.

24/01/1836 – Radikal rus tənqidçisi Nikolay Aleksandroviç Dobrolyubov bu gün anadan olub.

24/01/1848 – Kaliforniyada qızıl yataqları tapıldı.

24/01/1893 – 1920-ci illərdə sovet ədəbiyyatına təsir edən, formalizm hərəkatının öncüllərindən olan tənqidçi və yazıçı Viktor Borisoviç Şklovski bu gün anadan olub.

24.01.1917 – Türkiyənin ilk geofizik mühəndisi və ilk geofizika professor, türk əsgər, mühəndis və alim Əli Yaramancı bu gün anadan olub.

24/01/1920 – Amedeo Modigliani, italyan rəssam və heykəltəraş bu gün vəfat edib.

24/01/1924 – Rusiyada Sankt-Peterburq şəhərinin adı inqlab liderinin (V.İ.Lenin) xatirəsinə Leninqrad adlandırıldı

24/01/1946 – türk filosof Şahin Yenişehirlioğlu bu gün anadan olub

24/01/1946 – BMT Atom Enerjisi üzrə Beynəlxalq Komissiya yaratdı.

24/01/1955 – Türkiyənin Zonguldak şəhərində Ereğli Kömür Müəssisələrinin Gelik ocağında partlama meydana gəldi. Hadisə nəticəsində 52 şaxtaçı həlak olub, 19 şaxtaçı yaralanıb.

24/01/1958 –Türkiyədə müasir cərrahiyyənin banisi, İstanbulun keçmiş bələdiyyə sədri və tibb fakültəsinin decani Prof.Dr. Cəmil Topuzlu vəfat edib.

24/01/1959 – İstanbul Küçükyalıda Neşe Kinoteatrı çökdü. Hadisə nəticəsində 37 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

24.01.1961 – Yassıada Baş prokuroru Altay Ömər Egesel ilk dəfə Adnan Menderesin edamını tələb etdi.

24/01/1963 – Yanvarın 23-də Çatalcada quruda sıxışan qatarla bağlı reportaj hazırlamaq üçün yola çıxan Hürriyyət qəzetinin yazarı Yüksel Kasapbaşı, fotomüxbir Abidin Behpur və avtomobilin sürücüsü Yüksel Öztürkün donmuş cəsədləri Çatalca yaxınlığında tapılıb.

24/01/1965 – Uinston Çörçill, Böyük Britaniyanın keçmiş baş naziri bu gün vəfat edib.

24/01/1966 – Hindistan Hava Yollarına məxsus Boeing 707 tipli sərnişin təyyarəsi Mumbay-Nyu-York reysi ilə İsveçrənin Genuya şəhərində eniş etməyə hazırlaşarkən Alp dağlarının Mont Blan zirvələrində qəzaya uğrayıb. Hadisə nəticəsində 117 nəfər həlak olub.

24/01/1966 – Roman Abramoviç, yəhudi əsilli, rus iş adamı bu gün anadan olub.

24/01/1972 – Təslim olmamaq üçün İkinci Dünya Müharibəsindən bəri Quam cəngəlliklərində gizlənən yapon əsgəri tapılıb.

24/01/1972 – İsmət İnönü “İnsanlar siyasi cinayətlərə görə edam olmamalıdır” deyərək hərbi vəziyyətin ləğvini tələb edib.

24/01/1978 – Sovet İttifaqına məxsus nüvə reaktorunu daşıyan Kosmos 954 peyki Yer atmosferinə daxil olarkən parça-parça yanıb və onun radioaktiv tullantıları Kanadanın şimal-qərbinə yayılıb. Səpələnmiş parçalardan yalnız 1 faizini toplamaq mümkün oldu.

24/01/1989 – Silsilə qətillər törədən Ted Bundy 1978-ci ildə 12 yaşlı Kimberli Liçin qaçırılması və öldürülməsinə görə Floridada elektrik stul vasitəsi ilə edam edildi.

24/01/1993 – Milliyyətçi İşçi Partiyası (MÇP) adını Milliyyətçi Hərəkat Partiyası (MHP) olaraq dəyişdirdi.

24/01/1993 – Jurnalist və yazıçı Uğur Mumcu avtomobilinə qoyulan bombanın partlaması nəticəsində dünyasını dəyişib.

24/01/1994 – Türkiyənin ilk rabitə peyki TÜRKSAT-1 orbitə buraxıldıqdan 12 dəqiqə 12 saniyə sonra okeana düşdü.

24/01/2001 – Diyarbakır Təhlükəsizlik Müdiri Qaffar Okkan, 4 cangüdəni və sürücüsü silahlı hücum nəticəsində şəhid olub.

24/01/2003 – Fiat-ın sədri Umberto Agnelli bu gün vəfat etdi.

24/01/2004 – məhşur brazilyalı futbolçu Leônidas da Silva bu gün vəfat edib.

24/01/2006 – Türkiyəli teatr və kino sənətçisi Mümtaz Sevinç Üsküdardakı evində bıçaqlanaraq öldürüldü. Qətllə bağlı sevgilisi Banu Daldır saxlanıldı.

24/01/2006 – Küveyt Parlamenti vəfat edən Şeyx Cabir əl Əhməd əl Sabahı əvəz edən əmir Şeyx Səad əl Abdullahı vəzifəsindən azad edib. Parlament yekdil qərarına səbəb kimi 75 yaşlı Əmirin səhhətinin pis olmasını göstərib.

24/01/2007 – İsmayıl Cem Türkiyənin keçmiş xarici işlər naziri, siyasətçi bu gün vəfat edib.