Bakı. TurkicWorld:
Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 74,003 milyard ABŞ dolları təşkil edib.
Bu barədə ARDNF-nin məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3,843 milyard ABŞ dolları və ya 5,5% artım deməkdir.
Hesabat dövrünə ARDNF-nin investisiyalarının 70,9%-i və ya 52,467 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,1 faiz bəndi çoxdur.
Eyni zamanda fondun investisiya portfelində avronun payı bir il əvvəlki göstərici ilə müqayisədə 20%-dən 16,8%-ə və ya 10,993 milyard avroya enib.
İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,8% və ya 2,664 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 0,1 faiz bəndi azdır.
Həmçinin bu ilin oktyabrın 1-nə ARDNF-nin investisiya portfelində Çin yuanının payı eyni səviyyədə qalaraq 2,3% (11,615 milyard), Yapon yeninin payı 0,1 faiz bəndi artaraq 1,5% (169,479 milyon), digər xarici valyutaların payı isə 0,1 faiz bəndi artaraq 3,7% (2,744 milyard dollar ekvivalentində) təşkil edib.







