Bakı. TurkicWorld:
Bu ilin oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 26,7%-i "AAA" reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz bəndi çox) olub.
Bu barədə ARDNF-nin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə fond "AA" reytinqli alətlərin xüsusi çəkisini 36,7%-dən 36,3%-ə endirib.
Bundan başqa, fond "A" reytinqli alətlərin xüsusi çəkisini 24,1%-dən 24,5%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,7%-dən 0,8%-ə yüksəldib.
Eyni zamanda fond "BBB" reytinqli alətlərin xüsusi çəkisini 13,6%-dan 11,7%-ə endirib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 13,4%-i 0-1 il, 31,5%-i 1 ildən 3 ilədək, 27%-i 3-5 il, 28,1%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 14,4%, 27,7%, 30,5% və 27,4% təşkil edib.







