BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın Buşehr Atom Elektrik Stansiyasındakı vəziyyətin nəzarətdə saxlanıldığını bildirib.
TurkicWorld xəbər verir ki, Qrossi İran ərazisində, o cümlədən Buşehr nüvə obyektinin yaxınlığında ABŞ zərbələri ilə bağlı yayılan məlumatlardan sonra agentliyin vəziyyəti izlədiyini açıqlayıb.
İran mediasının məlumatına görə, MAQATE rəhbəri obyektə hər hansı zərər dəydiyini təsdiqləməyib.
Qrossi bildirib ki, istənilən nüvə obyektinə hücum qəbuledilməzdir və belə obyektlərin təhlükəsizliyi beynəlxalq normalara uyğun şəkildə qorunmalıdır.
Buşehr Atom Elektrik Stansiyası İranın əsas nüvə enerji obyektlərindən biri hesab olunur və burada hər hansı insident beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
MAQATE rəhbərinin açıqlaması ABŞ-İran arasında artan hərbi gərginlik və regiondakı nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda verilib.







