BAKI,TurkicWorld,Yusif Şərifzadə
Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamalarından sonra yenidən yüksəlib.
TurkicWorld xəbər verir ki, Brent markalı neft fyuçersləri 54 sent (0,7%) artaraq bir barel üçün 79,50 dollar səviyyəsinə yüksəlib.
ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 49 sent (0,6%) artaraq 76,54 dollar olub.
Bununla belə, hər iki göstərici son üç ayın minimum səviyyələrinə yaxın qalmaqda davam edir.
Tramp bildirib ki, ABŞ İranla bağlı memorandum uğursuz olarsa, “yenidən hücumlara və bombalamalara qayıda bilər”.
Bu açıqlama bazarlarda geosiyasi risklərin artması kimi qiymətləndirilib və qiymətlərin qısa müddətdə yüksəlməsinə səbəb olub.
Analitiklər isə bildirirlər ki, ümumi trend hələ də zəif qalır və bazar üç aylıq eniş zonasından tam çıxmayıb.







