Ümumdünya Ərzaq Proqramının rəhbəri istefa verəcəyini açıqladı Sindi Makkeyn səhhətinə görə vəzifəsini tərk edir BMT qurumunun icraçı direktoru istefa qərarı verdi Makkeyn üç ay ərzində vəzifəsindən ayrılacaq Sağlamlıq səbəbi ilə istefa bəyanatı Ümumdünya Ərzaq Proqramında rəhbər dəyişikliyi gözlənilir

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru istefa verəcəyini açıqlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının icraçı direktoru vəzifəsindən ayrılacağını bəyan edib.

TurkicWorld xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının yaydığı bəyanata əsasən, Sindi Makkeyn sağlamlıq səbəbilə vəzifəsini tərk etmək qərarına gəlib. Məlumata görə, o, 2025-ci ilin oktyabr ayında yüngül insult keçirib və ötən ay işə qayıdıb. Lakin qurumun açıqlamasında bildirilib ki, vəzifənin tələbləri onun tam bərpası imkanlarını üstələyir.

Makkeyn bəyanatında “ağır ürəklə istefa vermək niyyətini açıqladığını” qeyd edib.

71 yaşlı Sindi Makkeyn ABŞ-ın mərhum senatoru və 2008-ci il prezident seçkilərində Respublikaçı Partiyanın namizədi olmuş Con Makkeynin həyat yoldaşıdır. O, 2023-cü ildən etibarən Ümumdünya Ərzaq Proqramına rəhbərlik edirdi.

Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramı dünyada humanitar yardım və ərzaq təhlükəsizliyi sahəsində fəaliyyət göstərən əsas beynəlxalq qurumlardan biridir.