Bakı, TurkicWorld, Orxan Qədirzadə
1732-ci il fevralın 22-də Virciniya ştatının Vestmorlend qraflığında Amerika Birləşmiş Ştatlarının ilk prezidenti və müstəqillik müharibəsinin baş komandanı Corc Vaşinqton anadan olub.
Vaşinqton Avqustin və Mari Ball Vaşinqtonun altı övladından birincisi olaraq dünyaya gəlib. Gənclik illərində Britaniya imperiyasına sadiq bir təbəə olan Vaşinqton, sonradan qitə ordusuna rəhbərlik edərək yeni millətin formalaşmasında müstəsna rol oynayıb və bu gün dünyada ABŞ-nin "atası" kimi tanınır.
Hərbi karyerasına 1752-ci ildə Britaniya ordusunda başlayan Vaşinqton, Fransa və Hindistan müharibəsində polkovnik rütbəsi ilə xidmət edib. Müharibədən sonra ailəsinə məxsus Maunt-Vernon malikanəsini idarə edən Vaşinqton, Britaniya hökumətinin koloniya siyasətinə qarşı artan narazılıqlar fonunda inqilabçı hərəkata qoşulub. 1775-ci ildə Qitə Konqresi onu yekdilliklə ordunun baş komandanı təyin edib. Vaşinqtonun döyüş meydanındakı soyuqqanlılığı və o dövr üçün qeyri-ənənəvi sayılan partizan müharibəsi taktikalarından məharətlə istifadə etməsi Britaniya qüvvələrinin məğlubiyyətində həlledici rol oynayıb.