Son dəqiqə

Mehriban Əliyeva

Birinci-vitse Prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

Bakı. TurkicWorld:

Birinci vitse-prezident Mehriban Əliyevaya təxribatçı sual verməyə çalışan jurnalist arzuolunmaz vəziyyətə düşüb.

TurkicWorld xəbər verir ki, Münxendə Birinci-vitse Prezidentə yaxınlaşan jurnalist Emin Hüseynov özünü təqdim edərərək təxribatçı sual verməyə çalışıb.

Mehriban Əliyeva provokativ sual verməyə hazırlaşan jurnalistə belə cavab verib: "Qadın paltarında səfirlikdə gizlənən adam sizsiniz? Sizə can sağlığı arzulayıram" .

Bundan sonra Birinci-vitse Prezident Mehriban Əliyeva oradan uzaqlaşıb.

Qeyd edək ki, Emin Hüseynov istintaqdan gizlənmək üçün bir neçə il əvvəl parik taxaraq və qadın paltarı geyinərək İsveçrənin Azərbaycandakı səfirliyinə sığınıb.

Mövzuya görə xəbərlər