Konya şəhəri V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir (VİDEO)

Konya şəhəri V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir (VİDEO)

Bakı. TurkicWorld:

Bu il avqust ayının 9-18 tarixləri arasında təşkil olunacaq V İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək. TurkicWorld-un məlumatına görə, bu barədə Konya Böyükşəhər Bələdiyyə Rəhbəri Uğur İbrahim Altay bildirib.

“56 ölkədən 4 min 200 idmançının qatılacağı oyunlar 2022 İslam Ölkələri İdman Paytaxtı, 2023 Dünya İdman Paytaxtı seçilən Konyada keçiriləcək.” – deyə Altay vurğulayıb.

O qeyd edib ki, V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir çox ölkədən dövlət xadimlərinin iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, IV İslam Həmrəylik Oyunları 2017-ci ilin may ayının 12-22-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.