BAKI, TurkicWorld
Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə nazirliyin fəaliyyəti haqqında yalan və təhrif edilmiş məlumatların yayılmasına münasibət bildirib.
TurkicWorld xəbər verir ki, açıqlamada qeyd olunub:
“Bir qrup şəxs Mədəniyyət Nazirliyinin saytından paylaşdıqları “screen” görüntülərində avtomatik tərcümə funksiyasının aktiv olması səbəbindən mətn təhrif olunub. Araşdırılmadan və yoxlanılmadan bu kimi məlumatların yayılması nazirliyin nüfuzuna xələl gətirir və insanlarda düzgün olmayan rəy formalaşdırır.
Xahiş edirik ki, səhv informasiya verərək ictimai fikrin yanlış istiqamətə yönləndirilməsinə səbəb olmayasınız. Məsələnin dəqiq və obyektiv qiymətləndirilməsi üçün rəy bildirən şəxslər xəbərlərlə birbaşa Mədəniyyət Nazirliyinin rəsmi saytından tanış olmalı və avtomatik tərcümə funksiyasını deaktiv etməlidirlər. Orijinal mətnlər saytımızda aydın və düzgün təqdim olunub.”
Xəbərlərin orijinal linkləri:
xxx
22:10
Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılmışdır.
TurkicWorld xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir.
Qeyd edirik ki, rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır.






