Bakı. TurkicWorld
ALPAGU pilotsuz uçuş aparatı (PUA) son sınaqlarını uğurla başa vurub. TurkicWorld-un məlumatına görə, ALPAGU PUA-sı yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.
“Asanlıqla daşına bilən ALPAGU PUA-sı hədəfi sürətli şəkildə təsbit edir. Bundan başqa PUA 15 dəqiqə ərzində havada qala bilir.” – deyə STM-in baş direktoru Özgür Güleryüz qeyd edib.

Məlumatda bildirilir ki, Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.(STM) şirkəti tərəfindən KERKES layihəsi inkişaf etdirilir. Bu layihə çərçivəsində döyüş sahəsində fəaliyyət göstərən uçuş aparatları üçün lazım olan GPS bağlantısı ehtiyacı aradan qaldırılacaq.

Bildirək ki, KERKES ilə xəritələr PUA-lara əvvəlcədən yüklənərək sensorlar və süni intellect, GPS bağlantısının olmadığı və ya düşmən tərəfindən bloklandığı nöqtələrdə xəritəni relyefdən əldə edilən məlumatlarla müqayisə edərək tapşırığı uğurla yerinə yetirə biləcək.
Qeyd edək ki, bir çox sınaqları müvəfəqiyyətlə keçən KERKES son sınaqlardan sonra tezliklə Türkiyə Silahlı Qüvvələrinin inventarındakı PUA-lar üzərində işə başlayacağı gözlənilir. Sistem həmçinin inventarda olan bütün İHA-lar üçün əlçatan olacaq.
