CANİK silah sənayesinin ən prestijli mükafatlarından birinin qalibi olub

CANİK silah sənayesinin ən prestijli mükafatlarından birinin qalibi olub

Bakı. TurkicWorld:

Türkiyənin Samsun Yurt Savunma (SYS) şirkətinin nəzdində fəaliyyət göstərən dünyanın öndə gedən yüngül silah istehsalçılarından biri olan CANiK ABŞ-da silah sənayesinin ən prestijli tədbirlərindən biri kimi hesab edilən ICA (The Industry Choice Awards) 2022-də dördüncü dəfə mükafat alıb. TurkicWorld-un məlumatına görə, ABŞ-da silah sənayesinin ən əhəmiyyətli mükafatlarından biri olan ICA 2022-də SFx RIVAL ilə (İlin Tapançası) mükafatını qazanan CANiK, son 6 ildə 4-cü dəfə bu mükafatı almağa nail olub.

Qeyd edək ki, CANİK bundan öncə də bu mükafatı 2017-ci ildə TP9 SFx, 2019-cu ildə TP9 ELITE COMBAT və 2020-ci ildə TP9 ELITE SC ilə alıb. Tamamilə müstəqil bir qurum olaraq xüsusilə istehlakçı məmnuniyyəti və dəyərləri nəzərə alınaraq müəyyən edilən ICA mükafatları istehsalçılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Onu da əlavə edək ki, ICA odlu silah, odlu silah aksesuarları və sursatların qiymətləndirildiyi dünyanın ən böyük silah satıcılarından biri olan ABŞ-da keçirilən tədbirdir. Heç bir şirkətin üzv və ya sponsor kimi qəbul edilmədiyi bu qurum da, daha çox firmaların xəbəri olmadan tapançalarla bağlı qiymətləndirmələr aparılır.