İtalyada dörd türk vətəndaşı itkin düşüb

İtalyada dörd türk vətəndaşı itkin düşüb

Bakı. TurkicWorld:

İtalyada dörd türk vətəndaşı itkin düşüb. TurkicWorld-un bunu İtalya mətbuatınna istinadən xəbər verir.

Məlumata əsasən, İtalyanın Lukka şəhərinin hava limanından uçan Agusta Koala “AW119” helikopterinin səhər saatlarında radarlardan itdiyi bildirilib.

Bundan başqa qeyd edilir ki, helikopterdə 7 nəfər olub. Onlardan dördü Türkiyə, ikisi Livan, biri isə İtaliya vətəndaşı olub.

Helikopterdəki Türkiyə vətəndaşlarının vəziyyəti ilə bağlı Türkiyənin İtaliyadakı səfirliyi İtalyan rəsmiləri ilə sıx əlaqədədir.