Son dəqiqə

Günəş partlayışı günəş enerjisi Günəşin xarici asmosferi Günəş Günəş partlaması Yerə təsiri

Günəşdə güclü partlayış qeydə alınıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Bu gün günorta saatlarında Günəşdə gücü yüksək sinfə yaxın partlayış qeydə alınıb.

TurkicWorld-un məlumatına görə, Bakı vaxtı ilə 12:36-da rentgen diapazonunda M1.1 sinifli partlayış baş verib. Partlayış 16 dəqiqə davam edib.

Məlumata əsasən, hazırda Yerətrafı kosmik məkana azenerjili proton axınları daxil olub, lakin onların göstəriciləri normal fon səviyyəsini aşmayıb.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinifə bölünür. Ən minimal A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovat gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc on dəfə artır.

Adətən Günəş partlayışları plazma kütləsinin atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda isə maqnit qasırğalarının yaranmasına səbəb ola bilər.

Mövzuya görə xəbərlər