Son dəqiqə

Fransa İran Emmanuel Makron Tehran Siyasi Casusluq İranın casusluq ittihamları Fransa xəbərləri

Tehranda fransız turistin itkin düşməsi narahatlıq doğurur

BAKI, TurkicWorld

Fransa İranda itkin düşən gənc vətəndaşının taleyindən ciddi narahatlıq keçirir.

TurkicWorld xəbər verir ki, Fransanın diplomatik mənbələri 18 yaşlı fransız turist Linart Monterlosun iyunun 16-dan etibarən İranda velosiped turu zamanı ailəsi ilə əlaqə saxlamadığını bildirib.

Fransa tərəfi bu vəziyyəti “narahatedici” adlandırıb və məsələ ilə bağlı ailə ilə əlaqə saxladığını bildirib. Xarici İşlər Nazirliyi Fransa vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə edir, çünki Tehran Qərb vətəndaşlarını girov kimi saxlamaq siyasəti yürütməkdə ittiham olunur.

Fransa, İranda olan vətəndaşlarına isə bölgəni dərhal tərk etməyi tövsiyə edib.

Qeyd edək ki, İran son illərdə casusluq ittihamı ilə bir sıra əcnəbi vətəndaşları saxlayıb. Onlardan biri olan Cécile Koller və Jacques Barry 2022-ci ildə saxlanılıb və onlara qarşı ölüm hökmü verilə biləcək ittihamlar irəli sürülüb. Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-Noel Barrot məsələ ilə bağlı İran rəhbərliyi ilə təcili diplomatik təmaslara başlayıb.

Mövzuya görə xəbərlər